
Ordubad rayonunun yüksək dağlıq ərazilərində qar örtüyü artıb.
Məlumata görə, 3000 metr yüksəklikdə qarın hündürlüyü 29 sm olub. Parağaçay Qar Uçqunu Stansiyasında isə 7 sm, Şahbuz rayonunun Kükü kəndində 16 sm, Şərur rayonunda 5 sm, Sədərək və Kəngərli rayonlarında 3 sm, Şərurun Axura kəndində isə 8 sm qeydə alınıb.
Bölgədə qış hava şəraiti davam edir.