
Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən sürücü məsuliyyətə cəlb edilib.
Realmedia.info xəbər verir ki, paytaxtın Xəzər Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı "Chevrolet" markalı avtomobilin sürücüsü Bayram Əhmədov saxlanılıb.
Araşdırma zamanı sürücünün yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu və avtoxuliqanlıq hərəkətləri etdiyi müəyyən edilib.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə Bayram Əhmədovun nəqliyyat vasitələrini idarəetmə hüququ bir il müddətinə məhdudlaşdırılıb. Bundan əlavə, o, inzibati qaydada həbs edilib.