
Bakı şəhərinin Sabunçu rayonunun Ramana qəsəbəsində qətl hadisəsi baş verib.
Realmedia.info xəbər verir ki, hadisə bu gün “Şuşa şəhərciyi” adlanan ərazidə qeydə alınıb.
Məlumata görə, qəsəbə sakini, 1966-cı il təvəllüdlü Adıgözəl Məmmədov gəlini, 1995-ci il təvəllüdlü Gülüzar Məmmədovanı bıçaqlayaraq qətlə yetirib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Bildirilib ki, Adıgözəl Məmmədov 44 günlük Vətən müharibəsi şəhidi Səxavət Məmmədovun atasıdır. Qətlə yetirilən Gülüzar Məmmədova isə şəhidin həyat yoldaşı olub.
Faktla bağlı araşdırma aparılır.
FOTO: Şəhid Səxavət Məmmədov