
Akademik Yusif Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunun baş elmi işçisi, kimya elmləri doktoru İlqar Hacı oğlu Əyyubov vəfat edib.
Məlumata görə, alim müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
İlqar Əyyubov uzun illər elmi fəaliyyətlə məşğul olub, neft-kimya sahəsində araşdırmaları ilə tanınıb. O, Akademik Yusif Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunda baş elmi işçi vəzifəsində çalışırdı.
Onun vəfatı elm ictimaiyyəti tərəfindən dərin hüznlə qarşılanıb.