
Bakıda iri anbar ərazisində baş verən yanğın tam söndürülüb.
Realmedia.info xəbər verir ki, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda qeydə alınıb.
Məlumata görə, ümumi sahəsi 46 000 kvadratmetr olan, müxtəlif təyinatlı malların saxlanıldığı anbar kompleksində yanğın baş verib. Nəticədə 21 000 kvadratmetr sahə yanaraq yararsız hala düşüb.
Qalan hissənin isə yanğından mühafizə olunduğu bildirilib. Hadisə nəticəsində xəsarət alanlarla bağlı rəsmi məlumat açıqlanmayıb.
Faktla bağlı araşdırma aparılır.