
Milli Hidrometeorologiya Xidməti aprelin 27–28-də Bakıda və Abşeron yarımadasında, eləcə də ölkənin bəzi bölgələrində küləkli hava şəraiti ilə bağlı sarı və narıncı səviyyəli xəbərdarlıq yayıb.
Məlumata görə, həmin günlərdə güclü külək əsasən paytaxt və Abşeron ərazisində, həmçinin ayrı-ayrı bölgələrdə müşahidə olunacaq.
Qurumdan bildirilib ki, küləyin sürətinin artması səbəbindən hava şəraiti bir sıra çətinliklər yarada bilər və əhali ehtiyatlı olmalıdır.
Qeyd edək ki, sarı və narıncı xəbərdarlıq meteoroloji risklərin orta və yüksək səviyyədə olduğunu göstərir və xüsusilə açıq ərazilərdə hərəkət zamanı diqqətli olmaq tövsiyə olunur.