
Dənizkənarı Milli Park ərazisində əkilmiş gülləri əzərək çiçəkliyi yararsız hala salan şəxslərin kimliyi müəyyənləşdirilir.
Aparılan araşdırmalar nəticəsində həmin əməlləri törədən 10-a yaxın şəxs müəyyən olunaraq polisə çağırılıb.
Məlumata görə, yaşıllıq sahəsinə ziyan vuran şəxslər barəsində müvafiq məsuliyyət tədbirləri görülür.
Qeyd edək ki, paytaxtın ən çox ziyarət edilən istirahət məkanlarından olan park ərazisində yaşıllıqların qorunması ilə bağlı mütəmadi nəzarət tədbirləri həyata keçirilir.
Aidiyyəti qurumlar vətəndaşları ictimai əmlaka qarşı diqqətli və məsuliyyətli olmağa çağırır.