
Bakıda dəhşətli bədbəxt hadisə baş verib.
Cəlilabad rayonunun Maşlıq kənd sakini, 1995-ci il təvəllüdlü Qəhrəman Əliyev paytaxtda yaşadığı evdə dəm qazından zəhərlənərək həyatını itirib.
Hadisənin onun hamam otağında olduğu zaman baş verdiyi bildirilir. İlkin ehtimallara görə, qaz sızması faciəyə səbəb olub.
Məlumata görə, Q.Əliyev 3 uşaq atası idi və Bakıda tikinti sahəsində çalışırdı.
Onun nəşi doğulduğu Cəlilabad rayonunun Maşlıq kəndinə aparılaraq dəfn olunacaq.
Faktla bağlı araşdırma aparılır.