
💥 Ağdərə rayonunda 16–19 mart tarixlərində istismar müddəti bitmiş və yararsız döyüş sursatları məhv ediləcək.
Müdafiə Nazirliyinin məlumatına görə, sursatlar təhlükəsizlik qaydalarına əməl olunmaqla rayon ərazisindəki təlim mərkəzində məhv ediləcək.
Nazirlik partlayış səslərinə görə əhalini təşvişə düşməməyə çağırıb və bildirib ki, narahatlığa əsas yoxdur.