
Azərbaycan Müdafiə Nazirliyi fevralın 16–20 tarixləri arasında Pirəkəşkül qəsəbəsi və Ağdərə rayonunda istismar müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatlarının məhv ediləcəyini açıqlayıb.
Məhvetmə prosesi təhlükəsizlik qaydalarına tam riayət olunmaqla həyata keçiriləcək. Əhali partlayış səsləri eşidə bilər, lakin bu adi əməliyyatdır və təhlükə yaratmır. Nazirlik vətəndaşları təşvişə düşməməyə və prosedurun təhlükəsiz şəkildə aparıldığını nəzərə almağa çağırır.
İstifadəyə yararsız sursatların məhv edilməsi hərbi xidmətin planlı fəaliyyətinin bir hissəsidir və mütəmadi olaraq keçirilir.