
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi yaxın günlərdə bəzi ərazilərdə partlayış səslərinin eşidilə biləcəyi ilə bağlı əhaliyə məlumat verib.
Bildirilib ki, 10–13 mart tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına uyğun şəkildə məhv edilməsi prosesi həyata keçiriləcək. Məhvetmə işləri Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisində yerləşən təlim mərkəzində aparılacaq.
Nazirlik qeyd edib ki, eşidiləcək partlayış səsləri planlı tədbirlərlə bağlıdır və əhalinin narahat olmasına heç bir əsas yoxdur. Vətəndaşlar təşvişə düşməməyə çağırılıb.