
Türkiyədə baş verən yol-nəqliyyat hadisəsi zamanı azərbaycanlı motosikletçi O.H.G. və 36 yaşlı G.Ç.-nın idarə etdiyi motosikletlər toqquşub. Zərbənin təsirindən nəqliyyat vasitələrinin sərnişinləri yola yıxılıb və nəticədə sürücülər ilə iki sərnişin olmaqla, ümumilikdə 4 nəfər yaralanıb.
Hadisə yerinə gələn tibbi personal yaralılara ilkin yardım göstərib və daha sonra onları xəstəxanaya aparıb. Yaralıların vəziyyəti barədə əlavə məlumat verilmir.