
Xaricdə yaşayan bir qrup azərbaycanlı Vaşinqtonda Prezident İlham Əliyevin qaldığı hotelə daxil olmağa cəhd edib. Təxribatçılar aqressiv və təhrikedici davranışlarla diqqəti cəlb edərək təhlükəsizlik kordonunu yarmağa və hotelə zorla daxil olmağa çalışıblar.
Azərbaycan Prezidentinin təhlükəsizlik xidməti əməkdaşları ABŞ polisi ilə birlikdə təxribatçıların hərəkətinin qarşısını peşəkarlıqla alıblar. Tədbir zamanı onların qeyri-etik davranışları və təhlükəsizlik qaydalarını pozmaq cəhdləri dəf edilib.
Hadisə nəticəsində ciddi insidentin qarşısı alınaraq Prezidentin təhlükəsizliyi təmin edilib.