
Pakistanın cənubundakı Sind əyalətinin Xayrpur rayonunda baş vermiş yol-nəqliyyat qəzasında azı 11 nəfər həlak olub, daha 8 nəfər yaralanıb.
Qəza avtobusun yük avtomobili ilə toqquşması nəticəsində baş verib. Yaralılar dərhal xəstəxanaya çatdırılıb və onların müalicəsi davam edir. Qəzanın səbəbləri barədə araşdırmalar aparılır.