
Türkiyədə ağır yol qəzası baş verib. Tekirdağ vilayətindən Antalya istiqamətinə hərəkət edən sərnişin avtobusu döngəni dönə bilməyərək aşıb. Hadisə nəticəsində 8 nəfər ölüb, 26 nəfər isə yaralanıb.
Yaralılar dərhal yaxınlıqdakı xəstəxanalara çatdırılıb və onların vəziyyəti barədə həkimlər məlumat verib. Yol polisi qəzanın baş vermə səbəblərini araşdırır.