
Moskvada Rusiya Müdafiə Nazirliyinin general-leytenantı Vladimir Alekseyevə qarşı sui-qəsd cəhdi edilib.
İstintaq Komitəsinin açıqlamasına görə, hadisə Volokolamsk şosesində baş verib. Naməlum şəxs 24-cü mərtəbədə yaşayan Alekseyevə bir neçə dəfə atəş açıb.
General sağ qalıb və müalicə üçün xəstəxanaya yerləşdirilib. Hadisənin təfərrüatları araşdırılır.