
Qobustan geoloji rayonunda yerləşən və aktivliyi ilə tanınan Durandağ palçıq vulkanı növbəti dəfə oyanıb. Təxminən 15 dəqiqə davam edən püskürmə zamanı yüzlərlə metr hündürlüyə qalxan alov sütunu müşahidə olunub, yer səthinə isə böyük həcmdə palçıq breksiyası çıxıb.
Müşahidəçilər vulkanın aktiv fazasının intensiv olduğunu bildiriblər. Hadisə zamanı xəsarət alan olmayıb, ətraf ərazilərdə isə hər hansı təhlükə qeydə alınmayıb.