
İsrail qüvvələrinin Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində azı 22 nəfər həyatını itirib.
Məlumatı yerli və beynəlxalq KİV-lər, o cümlədən “The Times of Israel” yayıb. Hamas hücumları atəşkəsin pozulması kimi qiymətləndirərək, beynəlxalq ictimaiyyəti müdaxiləyə çağırıb.
Səhiyyə rəsmilərinin verdiyi məlumata görə, həlak olanlar arasında dinc sakinlər də var. Hücumlar Qəzzada son aylarda baş verən gərginlik və toqquşmaların davamı kimi qiymətləndirilir.
Beynəlxalq ictimaiyyət və insan haqları təşkilatları vəziyyətə dair narahatlıqlarını bildirir, tərəfləri atəşkəsi bərpa etməyə çağırır.