
İsrail qüvvələrinin Qəzza zolağına həyata keçirdiyi intensiv hücumlar nəticəsində həlak olanların sayı 71 657 nəfərə çatıb.
Məlumata görə, 2023-cü ilin oktyabr ayından etibarən davam edən hücumlar nəticəsində yaralananların sayı da artaraq 171 399 nəfərə yüksəlib.
Nazirlik bildirib ki, Qəzza zolağının infrastrukturunun təxminən 90 faizi tamamilə məhv edilib. Dağıdılmış yaşayış məntəqələrinin, sosial obyektlərin və mühüm infrastrukturun yenidən qurulmasının isə təxminən 70 milyard ABŞ dolları vəsait tələb edəcəyi qeyd olunub.
Hazırda bölgədə humanitar vəziyyətin son dərəcə ağır olaraq qaldığı vurğulanır.