
Ümumi tutumu 150 milyon kubmetr olan Arpaçay su anbarı tamamilə donub.
Şərur rayonunun Gümüşlü kəndi ərazisində yerləşən bu anbar Şərur, Kəngərli və Sədərək rayonlarının həm təsərrüfat, həm də içməli su təminatında mühüm rol oynayır.
Eyni zamanda, Arpaçay su anbarı regionun su ehtiyatlarının idarə olunmasında strateji əhəmiyyətə malikdir.