
Ermənistanın Gorus rayonunda silahlı insident baş verib.
Realmedia xəbər verir ki, Gorus şəhər meri Aruş Aruşanyanın sürücüsü baş vermiş atışma zamanı həlak olub. Hadisə ilə bağlı məlumatı merin müavini Artyom Ağacanyan təsdiqləyib.
Ermənistan Daxili İşlər Nazirliyi isə açıqlamasında bildirib ki, ilkin məlumatlara əsasən, hadisə qumbara partlaması nəticəsində baş verib. Partlayış zamanı iki nəfər ölüb, bir nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Hazırda hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparır. Faktla bağlı istintaq başlanılıb.