
Yanvarın 14-də Basarkeçərdəki döyüş mövqelərindən birində başından güllə yarası almış əsgər Vahan Petrosyanın cəsədi tapılıb.
“Hraparak” nəşrinin məlumatına görə, Petrosyan döyüş mövqeyinə qalxdığı ilk gün özünə silahla atəş açaraq intihar edib.
Hadisə ilə bağlı mövqe komandiri də daxil olmaqla, həmin mövqedə olan 9 nəfər həbs olunub. İstintaq "hərbçi yoldaşını intihar həddinə çatdırma" maddəsi üzrə davam edir.
Məlumata görə, hərbçilər arasında mübahisənin səbəbi yeməkdən sonra hər kəsin öz boşqabını yuması olub.