
Dünən Sankt-Peterburq Dövlət Universitetində (SPbU) görkəmli hüquqşünas və sahibkar İlham Rəhimovun büstünün açılış mərasimi keçirilib. Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak edib. Açılış mərasimində Rəhimovun təhsil və elmi fəaliyyət sahəsindəki xidmətləri, eləcə də Azərbaycan və Rusiya universitetləri arasında əməkdaşlığa verdiyi töhfələr vurğulanıb.
