
Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi ölkə üzrə uğurla təşkil olunub. Olimpiadada VIII–XI sinif şagirdlərindən ibarət təxminən 48 min nəfər iştirak edib.
Mərhələ Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya və tarix fənləri üzrə keçirilib. Tapşırıqlar şagirdlərin bilik səviyyəsini, məntiqi və analitik düşünmə bacarıqlarını ölçüb. Yüksək nəticə göstərən şagirdlər növbəti mərhələ – respublika yarımfinal turunda iştirak hüququ qazanacaqlar.
Respublika Fənn Olimpiadalarının əsas məqsədi şagirdlərin fənlərə marağını artırmaq, istedadlı şagirdləri aşkar etmək və onların bilik səviyyəsini qiymətləndirməkdir.
Qeyd edək ki, rayon (şəhər) mərhələsinin nəticələri 27 yanvardan etibarən elan olunacaq.