
İranın Baharistan bölgəsində baş verən iğtişaşlarla əlaqədar 100 nəfər saxlanılıb, İsfahan şəhərində isə təhlükəsizlik səbəbindən məktəblərin fəaliyyəti müvəqqəti dayandırılıb.
Realmedia xəbər verir ki, bu barədə məlumatı İranın “Tasnim” xəbər agentliyi yayıb.
Bildirilib ki, həbs edilən şəxslərlə bağlı məlumatı “Tasnim”ə Baharistan bölgəsinin qubernatoru təqdim edib. Qubernatorun sözlərinə görə, saxlanılan şəxslər ictimai asayişi kobud şəkildə pozub və baş verən iğtişaşlara rəhbərlik ediblər.
Məlumata əsasən, həmin şəxslər iğtişaşlar zamanı həm mülki əhaliyə, həm də təhlükəsizlik qüvvələrinə qarşı soyuq və odlu silahlardan istifadə ediblər.
Qeyd edək ki, bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib, vəziyyət nəzarət altındadır.