
Yunanıstanın hava məkanında səhər saatlarından etibarən texniki nasazlıq müşahidə olunur. Radiostansiya rabitə sistemlərində yaranan problem səbəbindən ölkəyə daxil olan və ölkədən çıxan bütün təyyarələr uçuşlarını dayandırıb.
⚠️ Bu səbəbdən həm daxili, həm də beynəlxalq reyslərdə uzunmüddətli gecikmələr və ləğvlər qeydə alınır. Səyahətçilərə əlavə məlumat üçün hava yollarının rəsmi kanallarına müraciət etmək tövsiyə olunur.