
Ötən sutka ərzində Rusiya hərbçilərinin Ukraynanın Sumı və Zaporojye vilayətlərinə endirdiyi zərbələr nəticəsində üç nəfər həyatını itirib, yeddi nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Realmedia.info xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Bildirilib ki, hücumlar nəticəsində yaşayış məntəqələrinə və mülki infrastruktura ziyan dəyib. Hadisə yerlərinə təcili tibbi yardım və xilasedici qruplar cəlb olunub.
Yaralanan şəxslər xəstəxanalara yerləşdirilib, onların müalicəsi davam etdirilir.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. Regionda vəziyyətin gərgin olaraq qaldığı bildirilir.