
ABŞ dövlət katibi Marco Rubio İranla aparılan danışıqlarda əhəmiyyətli irəliləyişin əldə olunduğunu açıqlayıb.
Realmedia.info xəbər verir ki, bu barədə “TASS” agentliyi məlumat yayıb.
Marko Rubio bəyanatı Hindistanın xarici işlər naziri Subrahmanyam Jaishankar ilə keçirdiyi birgə mətbuat konfransında səsləndirib.
Onun sözlərinə görə, son 48 saat ərzində Fars körfəzi regionundakı tərəfdaşlarla çərçivə planının hazırlanması istiqamətində müəyyən tərəqqi əldə olunub.
“Uğurlu olacağı təqdirdə bu plan bizə təkcə boğazların tamamilə və rüsumsuz açılmasına nail olmağa deyil, həm də İranın nüvə silahı yaratmaq sahəsindəki əvvəlki iddialarının əsasında duran bir sıra mühüm amilləri aradan qaldırmağa imkan verəcək”, - deyə Rubio bildirib.
ABŞ dövlət katibi vurğulayıb ki, Vaşinqton məsələnin həllində diplomatik üsullara üstünlük verir və yaxın saatlarda bu istiqamətdə müsbət xəbərlərin ola biləcəyini istisna etməyib.