
İranın paytaxtı Tehranın bir sıra rayonlarında hava hücumundan müdafiə (HHM) sisteminin fəaliyyəti ilə əlaqəli olduğu ehtimal edilən səslər qeydə alınıb.
Realmedia.info xəbər verir ki, bu barədə İranın “Tasnim” və “Mehr” agentlikləri məlumat yayıb.
İlkin məlumatlara əsasən, paytaxt sakinləri müxtəlif ərazilərdə partlayış və ya HHM sistemlərinin işə düşməsinə bənzər səslər eşidiblər.
Hazırda hadisənin dəqiq səbəbi açıqlanmayıb. “Mehr” agentliyinin yaydığı məlumata görə, bu səslər hava müdafiə sistemlərinin planlı sınaqları və ya kəşfiyyat dronlarına qarşı həyata keçirilən tədbirlərlə əlaqədar ola bilər.
Rəsmi qurumlar tərəfindən hadisə ilə bağlı geniş açıqlama verilməyib.
Mövzu regionda təhlükəsizlik məsələləri fonunda diqqətlə izlənilir.