
Çində nüvə elektrik stansiyalarının ümumi gücü 125 milyon kilovata çataraq ölkəni bu sahədə qlobal lider mövqeyinə yüksəldib.
Realmedia.info xəbər verir ki, bu barədə Çin Nüvə Enerjisi Assosiasiyasının yaydığı “Çin Nüvə Enerjisinin İnkişafı Hesabatı 2026” sənədində məlumat verilib.
Hesabata əsasən, hazırda ölkədə 60 nüvə enerjisi bloku kommersiya məqsədilə fəaliyyət göstərir. Bununla yanaşı, dünya üzrə inşa edilən nüvə reaktorlarının yarıdan çoxunu təşkil edən əlavə 36 blokun tikintisi davam edir.
Bundan başqa, Çin hökuməti tərəfindən təsdiqlənmiş daha 16 enerji blokunun yaxın zamanda tikintisinə başlanılması gözlənilir.
Sənəddə qeyd olunur ki, 2026-cı il ərzində artıq iki yeni enerji blokunun inşasına start verilib və ilin sonuna qədər daha yeddi blokun istismara verilməsi planlaşdırılır.
Mütəxəssislər hesab edirlər ki, bu dinamika Çinin enerji təhlükəsizliyini gücləndirməklə yanaşı, qlobal enerji bazarında mövqelərini daha da möhkəmləndirəcək.