
Pakistanın qərbində, Bəlucistan əyalətində qaz kəmərində partlayış baş verib və nəticədə ərazidə qaz təchizatı dayandırılıb.
Realmedia.info xəbər verir ki, hadisənin terror aktı olduğu bildirilir. Partlayışın separatçı Bəlucistan Azadlıq Ordusu qruplaşması tərəfindən törədildiyi ehtimal edilir.
Rəsmi qurumlar və təhlükəsizlik qüvvələri partlayışın səbəblərini araşdırır və bölgədə vəziyyətin nəzarət altında olduğu bildirilir.