
Yəməndəki husilər tərəfindən həyata keçirilən ballistik raket hücumu nəticəsində İsrailin cənubunda yerləşən Beer-Şeva şəhərində və ətraf yaşayış məntəqələrində hava həyəcan siqnalları səsləndirilib.
Realmedia.info xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
İsrail Müdafiə Qüvvələrinin açıqlamasına görə, Yəmən ərazisindən buraxılan raketin qarşısının alınması üçün tədbirlər görülüb. Bu, hazırkı müharibə çərçivəsində İran tərəfindən dəstəklənən husilərin İsrailə qarşı ilk hücumudur.