
Danimarka hakimiyyəti İran bayrağı altında üzən “Nora” konteyner gəmisini saxlayıb. Bu barədə ölkənin Gəmiçilik İdarəsi məlumat yayıb.
Məlumatda bildirilir ki, gəmi səhv qeydiyyata görə saxlanılıb və İranın müvafiq qeydiyyatı və sertifikatlaşdırması təsdiqlənənə qədər sərbəst buraxılmayacaq. Hazırda “Nora” Yutlandiyanın şimalında, Albæk şəhərinin şərqində yerləşir.