
Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Ukrayna xalqı ordunun şərqdə yerləşən Donbas bölgəsindən birtərəfli çıxarılmasını və həmin ərazilərin Rusiyaya verilməsini nəzərdə tutan hər hansı sülh sazişini qəbul etməyəcək.
Prezidentin sözlərinə görə, belə bir razılaşma Ukraynanın ərazi bütövlüyünə ziddir və ölkə cəmiyyətində dəstəklənməsi mümkün deyil.
Zelenski vurğulayıb ki, Ukrayna yalnız ədalətli və davamlı sülhə razı ola bilər, bu isə işğal olunmuş torpaqların güzəştə gedilməsi demək deyil.
O əlavə edib ki, sülh prosesində əsas məqsəd Rusiyaya üstünlük qazandırmaq yox, beynəlxalq hüquqa uyğun şəkildə münaqişənin həllinə nail olmaqdır.
realmedia.info