
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkəsinin ərazi məsələlərinin həlli üçün Rusiya Prezidenti Vladimir Putinlə birbaşa görüş və ya təmas vacibdir.
Zelenski qeyd edib ki, komandalar səviyyəsində aparılan danışıqlar yalnız texniki məsələlərdə nəticə verə bilər, lakin əsas razılaşmalar liderlər səviyyəsində olmalıdır. O, həmçinin əlavə edib ki, Ukrayna 20 maddəlik sülh planını irəli sürüb və planın reallaşması üçün lider görüşü əsas şərtdir.
Hazırda ABŞ vasitəçiliyi ilə danışıqlar prosesi davam edir, lakin ərazi statusu və savaş sonrası sərhədlər mövzusunda fikir ayrılığı qalmaqdadır. Zelenski vurğulayıb ki, Ukrayna yalnız ərazi bütövlüyü qorunmaqla və təhlükəsizlik zəmanətləri təmin olunmaqla sülhə nail ola bilər.