
Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, ölkəsinin ərazi mövqeyi dəyişməz olaraq qalır.
“Mənim ərazilərimizlə bağlı mövqeyim dəyişməz olaraq qalır. Ukrayna heç vaxt öz ərazisini Rusiyaya verməyəcək. Biz kompromis axtarmalıyıq. Amma kompromis bütün tərəflərin, o cümlədən Amerika tərəfinin güzəştə getməyə hazır olmasını tələb edir”, — deyə Zelenski bildirib.
Prezidentin sözlərinə görə, Ukrayna kompromisə açıq olsa da, ərazi bütövlüyü hər zaman prioritet olaraq qalacaq.