
Hindistanın neft emalı zavodları mart-aprel aylarında çatdırılması üçün Rusiya neftini almağı planlaşdırmır.
“Reuters” agentliyinin məlumatına görə, Indian Oil, Bharat Petroleum və Reliance Industries kimi şirkətlər artıq mart ayı üçün müəyyən Rusiya enerji tədarüklərini planlaşdırıblar, lakin erkən yaz üçün yeni müqavilələr bağlamırlar. Mənbələr bildirir ki, digər neft emalı zavodlarının əksəriyyəti Rusiya neftini almağı dayandırıb.
Hindistan şirkətləri bu addımı Vaşinqtonla ticarət razılaşmalarını əldə etmək məqsədilə atırlar. Qeyd edək ki, ABŞ 7 fevral tarixindən etibarən Rusiya neftindən imtina etməsinə görə Hindistandan idxal edilən mallara tətbiq olunan əlavə 25% rüsumu ləğv edib.