
Hindistan Sahil Mühafizəsi keçirdiyi əməliyyat zamanı İranla əlaqəli olduğu bildirən üç neft tankerini ələ keçirib. Rəsmi açıqlamaya görə, tankerlər ölkənin sularında qanunsuz fəaliyyət göstərdikləri üçün dayandırılıb. Əməliyyatın təhlükəsizlik tədbirləri çərçivəsində həyata keçirildiyi və tankerlərin Hindistan limanlarına yönləndirildiyi bildirilib.
Hadisənin səbəbləri və tankerlərin sonrakı taleyi barədə daha ətraflı məlumat verilmir.