
ABŞ administrasiyası Omanda İran nümayəndələri ilə danışıqlar aparmağa razılıq verib. Məsləhətləşmələrin fevralın 6-da keçirilməsi gözlənilir.
ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların ərəb dövlətlərindən birində keçiriləcəyi planlaşdırılır. ABŞ tərəfi İranın danışıqların Türkiyədə olmaması barədə xahişini qəbul edib. Ərəb və müsəlman dövlətlərinin Omandakı danışıqlarda iştirak edib-etməyəcəyi ilə bağlı müzakirələr isə hələ davam edir.