
🇫🇷🇩🇪 Fransa və Almaniya Qrenlandiyaya əsgər göndərmək qərarı alıb.
Bu addım ABŞ prezidenti Donald Trampın Qrenlandını ələ keçirmək barədə son təhdidlərindən sonra atılıb. Avropa ölkələri təhlükəsizlik missiyasının bir hissəsi olaraq Qrenlandiyaya qoşun yerləşdirəcəklərini açıqlayıblar.
Almaniya Müdafiə Nazirliyi bildirir ki, cümə axşamı 13 nəfərlik Bundesver kəşfiyyat qrupu Qrenlandiyanın paytaxtı Nuuk şəhərinə Danimarkanın dəvəti ilə yerləşdirilib.
Fransa isə Vaşinqtonda ABŞ, Danimarka və Qrenlandiya rəsmiləri arasında keçirilən görüşdən sonra qoşun göndərəcəyini təsdiqləyib.