
ABŞ Prezidenti Donald Tramp Rusiyanın rəsmi müraciətinə cavab olaraq “Bella-1” (Marinera) tankerinin heyətində olan iki Rusiya vətəndaşının azadlığa buraxılması barədə qərar qəbul edib.
Məlumata görə, sözügedən qərar Rusiya tərəfinin diplomatik kanallar vasitəsilə etdiyi müraciətdən sonra verilib. Azadlığa buraxılan şəxslər “Bella-1” tankerinin heyət üzvləri olublar.
Mənbə: TASS