
ABŞ-nin Venesuelada keçirdiyi hərbi əməliyyat zamanı azı 100 nəfər həlak olub.
Bu barədə Venesuelanın Ədliyyə və sülh məsələləri üzrə naziri Diosdado Kabello məlumat verib.
Nazirin sözlərinə görə, ölənlərin böyük əksəriyyəti hadisə ilə heç bir əlaqəsi olmayan gənc mülki şəxslərdir. O bildirib ki, baş verənlər ölkə üçün ağır nəticələrə səbəb olub.
Kabello, həmçinin qeyd edib ki, ABŞ xüsusi təyinatlılarının əməliyyatı zamanı Venesuela Prezidenti Nikolas Maduro ayağından xəsarət alıb. Prezidentin həyat yoldaşı, birinci xanım Silia Flores isə baş nahiyəsindən yaralanıb.
Hadisə ilə bağlı əlavə detalların araşdırıldığı, tələfatla bağlı rəqəmlərin dəqiqləşdirildiyi bildirilir.