
Vətən müharibəsi qazisi Şamo İbadov dünyasını dəyişib.
Realmedia.info xəbər verir ki, o, ağır xəstəlik səbəbindən vəfat edib.
Məlumata görə, Şamo İbadov 44 günlük Vətən müharibəsində könüllü şəkildə iştirak edib və döyüşlərdə fədakarlıq göstərib. Müharibədən sonra onun səhhətində ciddi problemlər yaranıb.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumatlarda onun vəfatı ictimaiyyət tərəfindən böyük üzüntü ilə qarşılanıb.
Allah rəhmət eləsin.