![]()
Polkovnik-leytenant Sakit Niftiyev vəfat edib.
Məlumata görə, o, ürək çatışmazlığı səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, Sakit Niftiyev I Qarabağ müharibəsinin qazisi olub. Müharibədən sonrakı dövrdə Azərbaycan Ordusunda xidmətini davam etdirən S.Niftiyev daha sonra ehtiyata buraxılıb.
Onun vəfatı yaxınları, silahdaşları və onu tanıyan hər kəs üçün böyük itki kimi qiymətləndirilir.
Allah rəhmət eləsin.