
Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik Şükür Həmidovun anası Şərqiyə Həmidova dünyasını dəyişib.
Realmedia xəbər verir ki, məlumatı Milli Qəhrəmanın qardaşı Əsəd Həmidov təsdiqləyib. Onun sözlərinə görə, Şərqiyə Həmidova bu gün səhər saat 05:30-da vəfat edib.
Qeyd edilib ki, mərhumə şəkər xəstəliyindən əziyyət çəkib, bir neçə dəfə infarkt keçirib və yataq xəstəsi olub.
Allah rəhmət eləsin.
🕊️