
Şagirdlərin elektron yerdəyişməsi prosesi müvəqqəti olaraq dayandırılır.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Bildirilib ki, 2025–2026-cı tədris ilinin ikinci yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi mayın 26-sı saat 18:00-dan etibarən dayandırılacaq.
Qeyd olunub ki, iyunun 5-i saat 15:00-a qədər təsdiqlənmiş sorğular üzrə tələb olunan sənədlər müvafiq ümumi təhsil müəssisələrinə təqdim edilməlidir.
Məlumata görə, göstərilən müddətə qədər tamamlanmayan sorğular və aktiv növbələr sistem tərəfindən avtomatik şəkildə ləğv olunacaq.
Xatırladılıb ki, şagirdlərin yerdəyişmə prosesi sy.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.