
Bakı Dəmir Yolu Vağzalında sanitar qovşaqlardan istifadə artıq ödənişli əsaslarla həyata keçiriləcək. Qərar “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən qəbul olunub.
Məlumata görə, vağzal ərazisində yerləşən sanitar qovşaqlarda əsaslı təmir işləri aparılıb və gigiyenik şəraitin qorunması məqsədilə istifadəyə görə 50 qəpik ödəniş müəyyən edilib.
Qurumdan bildirilib ki, əvvəlki dövrdə sanitar qovşaqlardan təyinatdankənar və nizamsız istifadə halları müşahidə olunurdu. Bu isə ərazidə antisanitar vəziyyətin yaranmasına və sərnişinlərin narazılığına səbəb olurdu.
Qeyd olunub ki, tətbiq edilən turniket sistemi vasitəsilə həm nəzarət gücləndirilib, həm də təmizlik və sanitar vəziyyətin qorunması daha effektiv şəkildə təmin edilir.
Hazırda ödənişli sistem yalnız Bakı Dəmir Yolu Vağzalında tətbiq olunur.