
Heydər Əliyev Fondunun vitse-prezidenti, Leyla Əliyeva və Arzu Əliyeva aprelin 27-də Şəkidə Sosial Xidmətlər Agentliyinin 6 saylı uşaq evi sosial xidmət müəssisəsini ziyarət ediblər.
Realmedia.info xəbər verir ki, ziyarət zamanı müəssisədə uşaqlara göstərilən qayğı və şəraitlə tanışlıq olub, onların sosial müdafiəsi və rifahı ilə bağlı görülən işlər barədə məlumat verilib.
Qeyd edək ki, bu kimi sosial layihələr uşaqların inkişafına və onların cəmiyyətə inteqrasiyasına dəstək məqsədi daşıyır.







