
Leyla Əliyeva və Alyona Əliyeva Gəncə şəhərində yerləşən 4 nömrəli uşaq evində olublar.
Realmedia.info xəbər verir ki, ziyarət zamanı qonaqlara uşaq evinin fəaliyyəti barədə ətraflı məlumat təqdim edilib.
Bildirilib ki, 4 nömrəli uşaq evi valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşaqlara xidmət göstərir. Hazırda müəssisədə 64 nəfər sakin yaşayır.
Uşaqlara burada sosial-məişət, sosial-psixoloji, tibbi-sosial, sosial-pedaqoji və sosial-hüquqi xidmətlər göstərilir.
Qeyd olunub ki, müəssisə 2012-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı şəkildə təmir edilib. Fond uşaq evinin sakinlərini daim diqqətdə saxlayır, burada mütəmadi olaraq şənliklər və müxtəlif əyləncəli tədbirlər təşkil olunur.







