
Lənkəran rayonu Kərgəlan kənd tam orta məktəbinin 5 şagirdi buraxılış imtahanlarında yüksək nəticə göstərib.
Məlumata görə, həmin şagirdlər imtahanlarda 200-dən çox bal toplamağa nail olublar. Bu göstərici məktəbin təhsil keyfiyyətinin yüksəlməsi və şagirdlərin ciddi hazırlığının nəticəsi kimi qiymətləndirilir.
Məktəb kollektivi və müəllimlər bu uğuru şagirdlərin zəhmətinin və pedaqoji heyətin birgə əməyinin nəticəsi kimi dəyərləndiriblər.
Qeyd edək ki, belə nəticələr bölgə məktəblərində təhsilə marağın artdığını bir daha göstərir.
(c) Azərbaycan universiteti